Qriqorçul səbrlə davranacaq, istədiyi şeyi əldə edəcək: "Hansısa “Fair Pley”dən danışmağa səbəb görmürəm"

“Neftçi”nin baş məşqçksii Roman Qriqorçuk Misli Premyer Liqasının IV turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Bu qol "Neftçi"yə yaraşdı?

- Burda heç bir problem yoxdu. Hansısa “Fair Pley”dən danışmağa səbəb görmürəm. Hər şeyi dəqiqə görürdüm və buna görə mənə şərh etmək rahatdı. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, rəqibin qapıçısı topu çölə vursun.

- Rəhman Hacıyev və Emin Mahmudov meydana çıxsalar da, onlara kapitanlıq sarğısı verilmədi. "Neftçi"nin kapitanı və vitse-kapitanı kimlərdi?

- İşinizə hörmət edirəm. Amma bəzi çərçivələr varsa, bu, bizə aid daxili məsələlərdi. Onlara qarışmayın, daxili işimizdi.

- Sizə elə gəlmir ki, Lebon sol cinahda daha effektivdir? Amma siz onu sağda oynadırsız. Belə başa düşürük ki, sŞtoqrini o mövqedə daha üstün görürsüz?

- Məncə, vinger həm sol cinahda, həm də sağ cinahda eyni qaydada oynamağı bacarmalıdı. Futbolçulara hər oyundan qabaq deyirik, onlara hədəf qoyuruq və qərarlar veririk. Ştoqrin üçün sol və ya sağ cinahda oynamağın fərqi yoxdu. Taktiki cəhətdən nəzərə alsaq, rəqibin hücumlarını neytrallaşdırmaq istəyirik.

- "Qəbələ"də də çempionluq uğrunda mübarizə aparırdınızz. Orda daha çox təzyiq hiss edirdiniz, yoxsa "Neftçi"?

- Hazırda təzyiqə az fikir yönləndirirəm. Elə yoldayıq ki, komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Düşünürəm ki, milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Sadəcə, öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, artıq nəticələr olsun. Amma elə komanda, oyun qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun qalib gələk - qanın bahasına belə. Çox istəyərdim ki, öz stilimizdə oynayaraq, qalib gələk. Əminəm ki, qısa zamanda daha yaxşı olacağıq. İstəmirik ki, qələbələrimiz təsadüfi olsun.

- Dörd turdan sonra qələbə qazanmadığınıza görə hansı hissləri keçirirsiz?

- Tutduğum yoldan dönmək istəmirəm, səbirli davranmaq istəyirəm. Hisslərə gəldikdə, yaxşı deyil. Daha yaxşı olmasını istəyərdim. Səbrlə davranacam, istədiyim şeyi əldə edəcəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC