“Çətin oyun oldu. Komandanın ümumi durumu ürəyimiz istədiyimiz kimi deyil. Buna baxmayaraq, komanda şəklində xarakter göstərdik. Sona kimi yaxşı mübarizə apardıq və yekunda 1 xal qazandıq”.
Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Yuri Matias Misli Premyer Liqasının 4-cü turunda səfərdə “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.
Braziliyalı müdafiəçi bildirib ki, qazanılan 1 xal qarşıdakı matçlarda daha da çox xallar qazanmalarına kömək olacaq: “Neftçi” adı varsa, 1 xal itki sayılır. Bizə sadəcə bir qələbə lazımdır ki, qarşıdakı oyunlara stimul olsun”.
Matias bildirib ki, komandada çatışmayan yalnız qələbədir: “Əminəm ki, bir qələbədən sonra hər şey başqa cür olacaq.
“Neftçi” “Araz-Naxçıvan”la matçda hesabı bərabərləşdirdiyi epizod rəqibin etirazı ilə qarşılandı. Rəqib “ağ-qaralar”ı fair-playi pozmaqda ittiham etdi. Y.Matias bu fikrə belə münasibət bildirib: “Bizim işimiz futbol oynamaqdır. İnanın ki, eyni addımı “Neftçi”nin qapıçısı atsaydı, yenə də etiraz etməzdim” (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC