“Belə bir informasiyanın çıxacağına inanmıram, çünki olmayıb. Müqavilə bağlanarkən də, pozularkən də orada hamı mənim tanıdıqlarım idi. İlk növbədə prezident Rövnəq Abdullayev. Rövnəq müəllim və mən olan yerdə belə söhbət, ümumiyyətlə, ola bilməzdi. Abdullayevlə tanışlığımız hələ “Neftçi”dən başlayıb, bir yerdə işləmişik".
Presssport.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandamızın baş məşqçi postundan gedərkən AFFA ilə imzaladığı müqavilənin pozulmasıyla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, qanunla ona çatmalı olan təzminat məbləğini götürməyi lazım bilməyib: “İTV-dəki müsahibəmdə də demişəm, bəli, 6 illik danışılmışdı, rəsmi olaraq 3 illik müqavilə bağlanıldı. Bütün rəsmi müqavilələrdə bənd olur ki, əgər klub və ya federasiya tərəfindən əməkdaşlığa son qoyularsa, qalan dövrün təzminatı verilməlidir. Belə söhbətlərin yayılması xoş deyil, amma məndə də bu bənd var idi, işdən çıxarılacağım halda təzminatı almalıydım. Detallara girmək istəmirəm, amma işbirliyi başa çatanda mənə deyildi ki, təzminat da ödəniləcək. Mən həmən cavab verdim ki, narahat olmayın, mən təzminat məbləğini götürməyəcəm. AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovla təkbətək söhbətimiz oldu, o mənə bu barədə dedi. Daha sonra İcraiyyə Komitəsinin ümumi iclasında Rövnəq müəllim də bildirdi ki, təzminatı alacaqsan. Hər iki söhbətdə bildirdim ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlmişdim. İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm və götürmədim də. O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s. xərcləmək daha məqsədəuyğundur. Bir il işləyib üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim”.
Xarırladaq ki, Qurbanov 2018-ci ildə həm millimizi, həm də “Qarabağ”ı paralel olaraq çalışdırıb (futbolinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC