Kantariya yeni keçdiyi "Şamaxı"nı köhnə klubu "Kəpəz"lə müqayisə etdi: "Çox ağır mövsüm olacaq, baş məşqçimiz də hamımıza kömək edir"

“Yeni komandama adaptasiya yaxşı gedir. Ümumiyyətlə, hər şey qaydasındadı. Hamı bir-birinə yaxşı münasibət göstərir. Dost münasibət var və baş məşqçimiz də hamımıza kömək edir. O, çalışır ki, yeni futbolçular komandaya tez bir zamanda uyğunlaşsın. Çünki çox ağır mövsüm olacaq. Buna görə də Azərbaycan futboluna tez bir zamanda adaptasiya olmalıyıq".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Şamaxı”nın yeni gürcü futbolçusu Georgi Kantariya deyib.

Onun sözlərinə görə, təxirəslaınmaya görə digər komandalarla müqayisədə az oyun keçirdiklərindən nəticə çıxatrmaq üçün hələ tezdi: “İlk məğlubiyyətimizi son oyunda aldıq. ”Araz-Naxçıvan"la ağır matç oldu. Səhvlər buraxdıq ki, buna yol verməli deyildik. Rəqibi təhlil etmişdik, başa düşürdük, yaxşı, individual keyfiyyətləri ilə seçilən futbolçuları olan komandadı. Sadəcə, öz xətalarımızdan məğlubiyyət aldıq. Maraqlı mübarizə gedir".

Bunadək bir mövsüm “Kəpəz”də həmyerliləri ilə çıxış etmiş Kantariya hazırkı tək gürcü oyunçusu olan “Şamaxı”nı belə xarakterizə edib: “Bəli, komandada özününkülər olan həmişə yaxşıdı. Amma indiki komanda yoldaşlarımdan əvvəl tanıdıqlarım var. Misal üçün Kamal Bayramov, Adil Nağıyev və bəzi futbolçular. Baş məşqçimiz haqda da bu sözləri deyə bilərəm. Bu üzdən mənə ”Şamaxı"ya uyğunlaşmaq çətin deyildi. İstənilən halda, vaxt lazımdı ki, baş məşqçinin tələblərinə, yeni sistemə tez uyğunlaşasan. Fikrimcə, matçdan matça forma toplayacağıq. Şamaxı ilə Gəncə 2 fərqli məkandı, insanları da fərqlidi. Orda da yaxşı idi, burda da - həm məşqçilər heyəti, həm klub rəhbərliyi, həm də futbolçular. Heç bir pis şey deyə bilmərəm. Çünki hər şey peşəkardı".

27 yaşlı yarımmüdafiəçi keçmiş komandasını da izlədiyini deyib: “Əlbəttə, belədi. Çünki orda çox dostum qalıb. Onlar həm futbolçulardı, həm də əməkdaşlardı. Buna görə də çıxışları diqqətimdədi və gəncəlilərə yalnız uğurlar arzulayıram”.

Maraqlıdı, yeni transferi “Şamaxı”nın Premyer Liqada qalması uğrunda mübarizə aparacağını hesab edir, yoxsa…?: "Hər oyunda xal qazanmağa çalışacağıq və meydanda maksimal gücümüzü qoyacağıq. Bəli, indi çox şey alınmır, çox şey istədiyimiz kimi deyil. Gələcəkdə bunun üzərində çalışacağıq və fikrmcə, bizdə hər şey alınacaq".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC