“Murad Musayevin gedişini əlbəttə ki, mən də gözləmirdim. Çünki ”Sabah" iddialı komandadı, Musayev də özündən söz etdirən məşqçidi. Buna görə bu ayrılıq bizim üçün gözlənilməz oldu".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Premyer Liqanın XXI turunda qonağı olacaqları "Sabah"da rusiyalı baş məşqçi Murad Musayevin gedişini şərh edən 43 yaşlı mütəxəssisin fikrincə, indi rəqibdə qeyri-müəyyən olduğundan onlara ikiqat çətin olacaq: “İstənilən halda, oyuna hazırlaşırıq. Bunu öncədən demək olaz ki, rəqibdə baş məşqçinin gedişi xeyrimizə ola bilər, yoxsa ziyanımıza. Bu, futboldu, o qədər təcrübədn keçirmişik ki, hətta dəyişiklik komandaya çox yaxşı da təsir edə bilər”.
Xatırladaq ki, 41 yaşlı Musayev Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a evdə 1:7 hesablı məğlubiyyətdən sonra öz istəyilə klubdan gedib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC