"Zirə" Misli Premyer Liqasının IV turunda doğma meydanda "Şamaxı"ya 0:1 hesabı ilə uduzub.
Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda danışıb.
- Oyun bizim üçün bir az uğursuz başladı. 30-cu saniyədə təhlükəli vəziyyət oldu qapımızda. Rəqib gözlədiyimiz kimi bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdu. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 "seyv" etdi.
- Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?
- Etirazm o idi ki, niyə bizdə VAR-a 4-5 dəqiqə baxırlar? Qol sayılmırsa, problem deyil. Tez qərar vermək olar. Oyunumuz dinamik keçsə, futbolumuzun da inkişafıdır. Həkimlər də meydana girdi, oyun dayandı. Elə 7-8 dəqiqə orda pauza oldu.
- Bu məğlubiyyəti “Omoniya”ya ağır məğlubiyyətə bağlayırsız?
- Oyunumuz alınmasaydı, bağlayardım. Avrokuboklarda bunu yaşamışam. Məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxşı, gözəl oynadıq. Sadəcə, rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdı.
- Ağır məğlubiyyətlərin nəticəsi daha da böyük fəsadlara gətirib çıxarmaz?
- “Omoniya” ilə oyunda ağır məğlubiyyəti qəbul edirəm. Bugünkü isə futbolun daxilində olan bir şeydi. Oyunumuz alınmasaydı, razı olardım. Mənə vacib olan oyundu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC