Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulub.
Presssport.az Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 50-dən çox idmançının qoşulduğu mübarizədə üç kateqoriya üzrə mükafatçılar müəyyən edilib.
Böyüklər arasında qadın oxatanların yarışında (70 metr) Olimpiya təmsilçimiz Yaylagül Ramazanova qızıl, gənc və perspektivli Fatimə Hüseynli gümüş, Svetlana Simonova isə bürünc medala yiyələnib.
Bu kateqoriya üzrə yarışan kişi idmançılar arasında qızıl medalı Məhəmmədəli Əliyev, gümüşü Roman Venqerov, bürünc medalı isə Əhməd Hüseynov qazanıb.
60 metrlik hədəfi nişan alan qadınların mübarizəsində 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq Amina Şərif, Lalə Almasova və Zəhra Carçılı bölüşüb.
Eyni kateqoriyada kişilərin sıralanması aşağıdakı kimi nəticələnib: İslam İsmayılov - qızıl, Sərdar Vəliyev - gümüş və Nurlan Rəhimli - bürünc medal.
Qadın yeniyetmələrin (30 metr) yarışında birinciliyi Leyla Əfəndiyeva qazanıb.
Sona Rüstəmli və Fatimə Nəbiyeva isə müvafiq olaraq ikinci və üçüncü yerlə kifayətlənməli olub.
Nəhayət, kişi yeniyetmələr arasında baş tutan yarışları Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medalla başa vurub.
Çempionat qaliblərin mükafatlandırılması ilə başa çatıb. Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, Federasiyanın vitse-prezidenti Rauf Əliyev,
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və Bodibildinq üzrə üçqat Dünya Çempionluğunun mükafatçısı Emin Babayev idmançıları medallarla təltif edib.
Quliyev tədbirdən sonra yarışlarda əzmlə mübarizə aparan idmançılarla həmsöhbət olaraq onlara karyeralarında daha böyük uğurlar arzulayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC