"Turan Tovuz"un məğlub edə bilmədiyi komanda qalmadı, Berdıyevin də həsrəti bitdi!

“Turan Tovuz”un ardıcıl 3-cü mövsümdü çıxış etdiyi Premyer Liqada məğlub edə bilmədiyi komanda qalmadı.

Presssport.az xəbər verir ki, bu, son olaraq “Qarabağ” oldu. 

Belə ki, Tovuz təmsilçisi Azərbaycanın ən titullu klubunu 9-cü görüşündə nəhayət, yenə bildi. Bunadək bütün matçlar sabiq baş məşqçisi Ayxan Abbasovun dövründə olmuşdu və həmin 8 oyunda 7 məğlubiyyət və 1 heç-heçə (topların fərqi 9-23) vardı. 

Abbasovu yay fasiləsində əvəzləyən təcrübəli türkmənistanlı həmkarı Kurban Berdıyevlə “Qarabağ” ilk qarşılaşma səfərdə oldu və Otto Conun penaltidən vurduğu qolla “Azərsun Arena”da həmin tarixi qələbə qazanıldı - 1:0. Yeri gəlmişkən, bu, nigeriyalı hücumçunun ağdamlılara vurduğu 3-cü qol olub və o, bu rəqibin qapısına ən çox yol tapan futbolçusudu. Hələ Ottonun Suraxaxında son saniyələrdə penaltini qaçırdığını da xatırladaq.

Beləliklə, “Turan Tovuz” çempionatda hazırda bütün rəqiblərini üstələməyi bacarıb. Tovuzluların ən çox qalib gəldiyi komandanın isə ən prinsipial rəqibi - Qərb derbisini təşkil etdiyi “Kəpəz” olması maraqlı məqamdı - 9 matçdan 6-da qələbə. 

Onu da bildirək ki, 72 yaşlı Berdıyev bunadək “Qarabağ"la avrokuboklarda qarşılaşaraq məyusluq yaşamışdı. Belə ki, 2021-ci ildə baş məşqçisi olduğu Qazaxıstan “Kayrat”ıyla Konfrans Liqasının qrup mərhələsindəki görüşlərdə eyni hesabla - 1:2 uduzmuşdu. Qurban Qurbanovun komandası üzərində ilk qələbəni ”Turan Tovuz"la qazanan Kurban Bekiyeviç onu Premyer Liqanın vahid lideri edib. Özü də Tovuz təmsilçisi 4 turdan sonra məğlubiyyətsiz, qol da buraxmayan yeganə komandadı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC