Rüstəm Əhmədzadə 0:6-nı unuda bilmir: "Hər dəfə VAR, VAR, VAR - bilmirəm buna necə reaksiya verim”

“Əslində pis oynamadıq. Erkən qol buraxdıq. Sonra oyunda dönüş yaratmaq üçün hücumlar etdik. Lakin “Şamaxı” yaxşı müdafiə olunurdu. Onlara qol vurmaq çətin idi”.

Presssport.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə Misli Premyer Liqasının 4-cü turunda “Şamaxı”ya 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. .

O, matçın hakimliyinin nəticəyə nə dərəcədə təsir etməsi barədə sualı belə cavablandırıb: “Nəsə demək çətindir. Hər dəfə qaydalar çərçivəsində, yaxud qaydalar çərçivəsində olmayan qol vuranda VAR-a gedilir. Hər dəfə VAR, VAR, VAR - bilmirəm buna necə reaksiya verim”. 

23 yaşlı futbolçu Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”dan (Kipr) alınan 0:6 hesablı məğlubiyyətdən sonra toparlanmağa çalışdıqlarını bildirib: “Təbii ki, o cür məğlubiyyətləri unutmaq çətindir. Oyunun ertəsi günü danışdıq. Baş məşqçimiz də öz fikirlərini söylədi. Komanda olaraq razılaşdıq ki, bu məğlubiyyətdən düzgün nəticə çıxarmalı və gələcəyə baxmalıyıq”. 

R.Əhmədzadə Nikosiyadakı matçda hesab arasındakı fərqin böyük olmasının səbəbini belə izah edib: “Belə oyunlar olur. Bəzən dünya çempionatında belə, bu cür nəticələr qeydə alınır. Rəqibin günü idi. Bizdə isə əksinə, demək olar ki, heç nə alınmadı. Bu da yekunda nəticəyə öz təsirini göstərdi”.

“Zirə”nin forvardı “Omoniya”ya qarşı keçiriləcək cavab matçından da söz açıb: “Başa düşürük ki, böyük ölçüdə cütün taleyini dəyişmək çətindir. Amma Bakıda qələbə qazanmaq istəyirik. Sonadək vuruşacağıq və əlimizdən gələni edəcəyik ki, öz meydanımızda qalib gələk” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC