Ponomaryov 1:7-ni və Musayevin gedişini şərh etmək istəmədi, yeni baş məşqçi məsələsindən danışdı: "Turan Tovuz" müdafiə futbolunu təbliğ edir"

“Dünən məşq prosesi keçdik. Hər şey normaldı. Düzdü, uşaqlar 1:7 məğlubiyyətdən sonra psixoloji cəhətdən düşüşdədi. Hardasa indi bunun üzərində işləməyə səy göstəririk. Üstəlik, müəyyən taktika üzərində çalışırıq. Buna nail ola biləcəyik, ya yox - bunu demək çətindi. Hələ bir günümüz də var hazırlığa, sabah isə artıq oyundu”. 

Bu fikirləri Presssport.az-a açıqlamasında “Sabah”ın idman direktoru İqor Ponomaryov deyib.

Rusiyalı Murad Musayevin öz istəyilə klubda gedişindən sonra baş məşqçi əvəzi olan 64 yaşlı Olimpiya çempionumuz komandanı Premyer Liqanın XXI turunda "Turan Tovuz"la ev matçına hazırlayaraq çıxaracaq: "Kluba məxsusam. Buna görə lazım olanda bu işi də görməliyəm".

Ponomaryov “Sabah”ın Azərbaycaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a Masazırdakı 1:7 hesablı məğlubiyyəti şərh etmək istəməyib. Maraqlıdı, o, gənc həmkarının gedişini gözləyirmiş?: “Bu sualınıza da “şərhsiz” cavabını verim. Qarşımızda duran vəzifə odur ki, indi yeni baş məşqçi tapmalıyıq. Murad Musayevin gedişi elə gözlənilməz baş verdi ki, hələ bundan sonra bunun üzərində işləyəcəyik. Bunadəksə komandanın “sükanı arxası”nda mən olacam. Hər halda, kimsə bunu etməlidi".

Ponomaryov qarşılaşacaqları rəqibi belə dəyərləndirb: “Turan Tovuz" yetərincə mobil komandadı. Baxmayaraq ki, turnir cədvəlinin aşağlarında birgə qərarlaşmışıq, necə deyərlər, ”qonşuyuq". Bundan asılı olmayaraq bilirik ki, komanda müdafiə futbolunu təbliğ edir. Bunu hamımız çox gözəl bilirik. Əks-hücumlarda oynayır. Hazırkı baş məşqçisiylə artıq xeyli müddətdi birgə işləyir. Buna görə artıq “oturuşmuş” komandadı, futbola baxışları tam formalaşıb ki, necə oynamaq lazımdı. Yaxşı hücumçuları var. Buna görə bu yöndə səliqəli olmalıyıq. Rəqibin əks-hücumlardan qorxacağıq, ya yox, bunu ehtimal edib qarşısını ala biləcəyik - bunu matçda görəcəyik".

Təcrübəli mütəxəssisin fikrincə, indi onları üçün əsas məsələ ardıcıl çətin matçların gəlməsidi: "Hesab edirəm ki, komanda 1:7 uduzandan sonra "Turan Tovuz"la çox çətin oyun olacaq. Amma necə deyərlər, həyat davam edir. Dünən nə olubsa, orda da qalmalıdı. Bu günlə yaşayıb irəli addımlar atmalı, ötən mövsümdə nəyi qazandığımıza layiq olduğumuzu sübut etməliyik".

Xatırladaq ki, “Sabah” - "Turan Tovuz" sabah 17:30-da “Bank Respublika Arena”da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC