"Ludoqorets”in yarımmüdafiəçisi Todor Nedelev Çempionlar Liqasının təsnifat mərhələsinin III turunun cavab oyununda “Qarabağ”a Razqraddakı məğlubiyyətdən (2:7, ilk oyun 2:1) sonra komandanın durumu haqda danışıb.
Presssport.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi hazırda durumlarının yaxşı olduğunu söyləyib:
"Çempionlar Liqasında “Qarabağ”a ağır məğlubiyyətdən sonra hər şey yaxşıya doğru gedir. Həmin görüşdən sonra gücümüzü toplaya bildik və ardıcıl üç oyunda qalib gəldik. Eyni ruhda davam etməliyik".
Xatırladaq ki, “Ludoqorets” Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə Moldova “Petrokub”una 4:0 qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC