AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası və I Liqa klublarında çalışan azarkeşlərlə və əlil azarkeşlərlə əlaqələndirici şəxslərlə görüş keçirilib.
Presssport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları bir sıra mövzuları müzakirə edib.
Bunlar ötən mövsüm ərzində baş vermiş hadisələr, cari mövsüm üçün planlar, Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr, azarkeşlərlə əlaqələndirici şəxs (SLO), təhlükəsizlik rəhbərləri və hüquq-mühafizə orqanları arasında koordinasiyadır.
Bundan əlavə, 2024/25 mövsümündə Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlərlər müzakirə olunub.
Görüşdə həmçinin DİN, AFFA və PFL əməkdaşları azarkeşlərlə əlaqələndirici şəxslərdən gələn sualları cavablandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC