"Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxa biləcək.
Presssport.az xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan braziliyalı yarımmüdafiəçi yeni qaydalara əsasən növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq.
Belə ki, bu ildən tədbiq olunan yeniliklərə əsasən 2 təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən 1-i silinir. Belədə Romaonun passivində 2 sarı vərəqə olur.
Xatırladaq ki, "Qarabağ"ın səfərdə 0:3 hesabıyla uduzduğu Xorvatiya çempionuyla cava görüşü avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC