"Zirə"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Omoniya” Bakıda dəstəksiz qalmayacaq.
Bu barədə Presssport.az-a qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib: "Omoniya"nı Mərdəkandakı matçda 30-a yaxın azarkeş dəstəkləyəcək. Bundan başqa, nikosiyalılar paytaxtımıza 11 jurnalistlə təşrif buyuracaq. Onlardan 5-i klubun mətbuat xidmətinin, 6-sı isə Kipr mətbuatının əməkdaşlarıdı".
Xatırladaq ki, “Zirə” səfər matçıbda "Omoniya"ya 0:6 hesabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC