"Azərbaycanda çox rütubətli hava şəraiti mövcuddu, bizim üçün çətin olacaq" - "Dinamo"nun baş məşqçisi

"Qarabağ" ilk dəqiqələrdən təzyiq göstərəcək. Rəqib komanda risk etsə, onları meydanda cəzalandıra bilərik".

Presssport.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

Klubunun rəsmi saytına danışan xorvatiyalı mütəxəssis onları səfərdə çətin görüşün gözlədiyini deyib:

"Azərbaycanda çox rütubətli hava şəraiti mövcuddu, bizim üçün çətin olacaq. "Qarabağ" ciddi komandadı. İlk oyunda gördük ki, bəzi epizodlarda bəxtimiz gətirdi. Qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışıq".

Xatırladaq ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı cavab qarşılaşması avqustun 28-də saat 20:45-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC