Xərçəng Sven-Yoran Erikssonu da bu dünyadan apardı...

Tanınmış isveçli futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.

Presssport.a,xəbər verir ki, təcrübəli mütəxəssis bu gün 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Eriksson “Roma”, “Fiorentina”, “Mançester Siti”, "Latsio", "Benfika", "Lester", "Sampdoriya", klublarını, İngiltərə, Meksika, Fil dişi Salihi, Filippin millilərini çalışdırıb. O, ən böyük uğurunu "Latsio"nun baş məşqçisi kimi əldə edib. Belə ki, Roma klubu tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də 2 İtaliya kubokunu məhz Erikssonla qazanıb. Onun son iş yeri Filippin millisi olub.

Xatırladaq ki, 2 gün əvvəl digər tanınmış futbol məşqçisi - almaniyalı Kristof Daum da 70 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC