"Dinamo"nu Respublika stadionunda nə qədər azarkeş dəstəkləyəcək? - AÇIQLAMA

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nu (Zaqreb, Xorvatiya) Bakıda 200-dən artıq azarkeş dəstəkləyəcək.

Bu barədə Presssport.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verərək, oyun gününə qədər bu rəqəmin artacağını istisna etməyib. Xorvatiyalı azarkeşlər üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.

Bundan əlavə, Zaqreb təmsilçisi ölkəmizə jurnalist gətirməyəcək. Yalnız klubun mətbuat xidmətinin kollektivi "Dinamo"yla paytaxtımızda olacaq.

Xatırladaq ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı cavab görüşü avqustun 28-də saat 20:45-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC