Qırğızıstanlı futbolçu Mirbek Axmateliyev 5 il müddətinə futboldan kənarlaşdırılıb.
Presssport.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqı məlumat yayıb.
Məsələ ondadı ki, Bişkekdəki “Selmaş” stadionunda “Muras Yunayted”in məşqi zamanı Axmatəliyev və onun ukraynalı komanda yoldaşı Yevgeni Terzi arasında münaqişə olub. Nəticədə Mirkeb komanda yoldaşının çənəsini sındırıb.
Avqustun 22-də KFU İntizam Komitəsinin iclası keçirilib və orada Axmatəliyevin 5 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdə iştirakının qadağan edilməsi barədə qərar verilib.
“Muras Yunayted” rəhbərliyi də hadisə ilə bağlı klubun məşqçilər korpusunun və idman direktorunun işdən çıxarıldığını bəyan edib.
Onu da bildirək ki, 30 yaşlı Axmatəliyev 2016-cı ildən Qırğızıstan millisində çıxış edərək indiyədək 4 oyun keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC