“Qarabağ”ın təklifi ürəyimcə oldu, çünki..." - yeni transferi

“Qarabağ”ın yeni transferi Emmanuel Addai keçidini dəyərləndirib.

Presssport.az xəbər verir ki, 23 yaşlı qanalı vinger öz ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunun təklifini qəbul etməsinin səbəbini açıqlayıb: “Qarabağ”ın təklifi ürəyimcə oldu. Çünki bu komanda illərdir ölkə çempionu olur və avrokubokların qrupunda müntəzəm çıxış edir. Əlbəttə ki, bu amillər seçimimdə həlledici rol oynadı".

Addai Azərbaycan çempionunun avrokuboklardakı çıxışından xəbərdar olduğunu söyləyib:

"İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim. Komandanın daha uğurlu nəticələr qazanmasına töhfə verməyə çalışacam”.

Xatırladaq ki, “Alkorkon” klubundan transfer edilən Emmanuel “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC