"Neftçi"yə keçəcəyi gözlənilən afrikalı hücumçu Qazaxıstan klubundan ayrıldı

"Neftçi"nin növbəti transferinin Dembo Darbo olacağı gözlənilir.

Presssport.az xəbər verir ki, 26 yaşlı qambiyalı hücumçu Qazaxıstanın “Ordabası” klubundan ayrılıb.

O, bu ilin martında Birləşmi Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan "Ordabası"ya icarəyə verilmişdi.

Darbonun ayrılığı haqda Qazaxıstan klubunu rəsmi saytı məlumat yayıb:

"Təşəkkür edirik, Darbo! Dembo Darbonun müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib. Klubun əsas vəzifələrindən biri maaşların tənzimlənməsi olduğu üçün qambiyalı hücumçu ilə müqaviləyə təzminat ödənilmədən xitam verilib”.

Darbonun “Ordabası” ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədər idi. O, 2025-ci il iyunun 30-na qədər Dubay klubuna məxsusdu. Dembo "Neftçi"nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında Belarusun “Şaxtyor” (Soliqirsk) klubunda çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC