"Dinamo"nun futbolçuları "Rakuv"dan fərqli çətin hava şəraitimizə daha yaxşı uyğunlaşmaq üçün kokos suyu içməyib: “Qarabağ”ın hücumu müdafiəsindən qat-qat güclüdü və bu, bizim üçün şansdı"

"Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç Xorvatiya mətbuatına müsahibə verib.

Presssport.az xəbər veri ki, xorvatiyalı mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri cavab oyunu (ilk oyun - 3:0) haqda fikirlərini bölüşüb:

  • Bizi çətin şəraitdə çətin oyun gözləyir. Rütubət çox yüksəkdi, çox çətin olacaq, amma Çempionlar Liqasını təmin etmək üçün bütün gücümüzü sərf etməliyik. “Qarabağ” ciddi olan, Azərbaycanın sadə komandası olmadığını göstərmiş klubdu. İlk matçın bəzi məqamlarında bəxtimiz gətirdi. Müdafiədə daha stabil olmalıyıq və irəliləmək niyyətimizi açıq şəkildə göstərməliyik. Çünki “Qarabağ” ilk dəqiqədən pressinq edəcək.

- Fran Tudor qeyd edib ki, “Rakuv”lu futbolçular “Qarabağ”la səfər oyununa daha yaxşı hazırlaşmaq üçün kokos suyu içib. “Dinamo” üzvləri necə, Azərbaycanın çətin şəraitinə daha yaxşı uyğunlaşması üçün kokos suyu içəcəklər?

- Kokos suyundan istifadə etmədik. Ancaq bunun təsir göstərməsi üçün getmədən çox əvvəl bunu etməyə başlamalısınız. Ona görə də etmədik. Bakıdakı temperatur Zaqrebdəkindən 5-10 dərəcə yüksəkdi.

- Bu matça hansısa xüsusi şəkildə hazırlaşmısınız?

- Xeyr, hər zaman olduğu kimi hazırlaşdıq. Əvvəlki matçı əsas götürdük və ən vacibi də budu. Komandamızın onları meydanda hiss etməsi daha yaxşıdı. “Qarabağ”ın hücumu müdafiəsindən qat-qat güclüdü. Bu, bizim üçün şansdı. Çox risk etsələr, əks-hücumlarda onları cəzalandıra bilərik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC