Eriksson Azərbaycanda işləmiş baş məşqçini ölümdən qurtarıb: "Məni də hamamda güllələyəcəkdilər"

Zaqatalanın “Sumurq” klubunun sabiq baş məşqçisi Sergey Yuran isveçli mütəxəssis Sven-Qoran Erikssonun özü də bilmədən onun həyatını necə xilas etməsindən danışıb.

Presssport.az xəbər verir ki, 1991-92-ci illərdə "Benfika"da Erikssonun rəhbərliyi altında çıxış edən Rusiya millisinin sabiq hücumçusu ötən gün dünyasını dəyişən sabiq çalışdırıcısı ilə bağlı xatirəsini öz ölkəsinin mətbuatına bölüşüb: "Benfika"da çıxış edərkən bir dəfə bizə 2-3 gün istirahət verdilər. Fürsətdən yararlanıb evə - Moskvaya uçmaq istədim. Uşaqlarla danışmışdım, amma məşqçi məni buraxmadı. Qarşıda bizi “Portu” və “Sportinq”lə ciddi matçlar gözləyirdi. Eriksson dedi ki, indi Moskvaya getmək, əylənmək vaxtı deyil. Sonra bildim ki, həmin gün olmalı olduğum hamamda tanıdığım oğlanları güllələyiblər. Hər dəfə gedəndə onlar məni qarşılayıb hamama, sonra da restorana aparırdılar. Onlar cinayətkar qrupa qoşulmuşdu. Təsəvvür edirsiz, mən də orda ola bilərdim. Beləliklə, Eriksson qoruyucu mələyim oldu. Hadisəni eşidəndən sonra Erikssona baxıb dedib: “Cənab, məni Moskvaya buraxmadığınız üçün təşəkkür edirəm”. Amma o, mənə əhəmiyyət vermədi. Detalları danışmadım. Bu kabusu ona desəydim, heç vaxt məni Moskvaya buraxmazdı". 

Xatırladaq ki, Eriksson avqustun 26-da 76 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC