Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.
Presssport.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, tanınmış isveçli məşqçi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda 1 dəqiqəlik sükut olacaq.
Xatırladaq ki, bu həftə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Zirə” də avrokubokların pley-off mərhələsində Bakıda cavab oyunlarına çıxacaq. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”sunu qəbul edəcək.
Bir gün sonra isə “Zirə” Kiprin “Omoniya” klubunu qonaq edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC