Bakıda keçiriləcək həndbol üzrə beynəlxalq turnirin iştirakçıları bəlli olub.
Presssport.az Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.
AHF-nin təşkil etdiyi turnirdə “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), “Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi iştirak edəcək.
Turnir avqustun 28-dən sentyabrın 1-dək “AHF Arena”da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC