"Qarabağ"la ilk oyunun nəticəsi tam ədalətli deyil" - "Dinamo"nun yarımmüdafiəçisi

Zaqreb "Dinamo"sunun futbolçusu Martin Baturina Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin “Qarabağ”la Bakıda keçiriləcək cavab oyunu (ilk oyun – 3:0) ilə bağlı fikirlərini bölüşüb. 

Presssport.az,xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin fikrincə, Azərbaycan çempionu çox yaxşı komandadı və bəlkə də ilk oyunun nəticəsi tam ədalətli deyildi: "Şadam ki, şanslarımızdan istifadə etdik. Mən də qol vura bilərdim. Nevistic bizə kömək etmək üçün əla iş gördü və ümid edirəm ki, qələbəmizi möhkəmləndirib, davam edə biləcəyik. Qolu kimin vurması bizi maraqlandırmır. Sadəcə, matçlarda qalib gəlmək istəyirik".

Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı sabah Tofiq Bəhramov stadionunda saat 20:45-də start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC