"Qarabağ"ın müdafiəçisi Bəhlul Musatafazadə Çempionlar Liqası (ÇL) pley-off mərhələsinin "Dinamo" ilə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, 27 yaşlı futbolçu öncə ev oyunundan gözləntilərini açıqlayıb.
- Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz ÇL-in qrup mərhələsinə yüksəlməkdi. Oyuna yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək.
- "Dinamo" ilə birinci oyundan sonra komandanın müdafiə xətti tənqidlərə məruz qaldı. Bu tənqidlər sizə necə təsir edir?
- Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdı. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayq.
- Üzərinizdə hansısa təzyiq var?
- Xeyr. Çünki artıq bir neçə turdur ki, Çempionlar Liqasında oynayırıq. Sakitik, təcrübəmiz var. Hər kəs sakitdi, hamı inanır. Ən önəmlisi də daha sakit olmaqdı. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC