"Qarabağ"ın baş məşqçi Qurban Qurbanov komandadakı zədəli oyunçuların durumu haqda danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin sabah "Dinamo" (Xorvatiya) ilə keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında müdafiəçi Marko Veşoviçin oynamasının mümkünlüyünə toxunub: “Veşoviçdə durum pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməldiir. Sabah həkim nəzarətindən sonra ən azından ”23-lük"də ola bilər. Marko Yankoviç isə fərdi məşq edir".
Xatırladaq ki, hər iki monteneqrolu oyunçu ÇL-in III təsnifat mərhələsində “Ludoqorets”lə Bolqarıstandakı matçda zədələnmişdi
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC