Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Presssport.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Murov Az Terminal” görüşüb.
Oyun “Neftçi”nin üstünlüyü ilə başlayıb. İlk iki hissəni qalib başa vuran Pərviz Səmədovun yetirmələri gərgin keçən 3-cü hissədə məğlub olublar. “Murov Az Terminal” hesab arasındakı fərqi azaltsa da, 4-cü set oyunda sonuncu olub. Bu hissədə yenidən təşəbbüsə yiyələnən “Neftçi” liderlə görüşdən 3:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, “Murov Az Terminal” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl”-in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
1 fevral
Yüksək Liqa (kişilər)
“Neftçi” - “Murov Az Terminal” 3:1 (25:19, 25:23, 19:25, 25:22)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC