UEFA Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldonu xüsusi mükafata layiq görüb.
Presssport.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Belə ki, 39 yaşlı hücumçu qalibi olduğu Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimi mükafat alacaq.
Ronaldo bu turnirdə "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un heyətində ümumilikdə 183 matça çıxıb, 140 qol vurub. Ona mükafat avqustun 29-da, ÇL-in liqa mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.
Xatırladaq ki, Kriştiano 2002-03-cü illərdə "Sportinq"də, 2003-09-cu və 2021-2022-ci illərdə "Mançester Yunayted"də, 2009-18-ci illərdə "Real"da, 2018-21-ci illərdə "Yuventus"da oynayıb
və 2022-ci ilin dekabrından "Əl-Nəsr"in futbolçusudu. O, 2003-cü ildə millisinin üzvüdü.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC