"Neftçi" əla klubdu, amma hamı onlar üzərində qələbə üçün əlindən gələni edəcək" - "Şamaxı"nın qapıçısı

"Şamaxı"nın yay transferi olan portuqaliyalı qapıçısı Rikardo Fernandeş müsahibə verib. 

Presssport.az həmin müsahibəni təqdim edir: 

- "Şamaxı” “Zirə” üzərində 1:0 hesablı qələbə qazandı. Matç sizin üçün necə alındı?

Çox vacib qələbə oldu. Əla komandaya qarşı oynadıq. Bu oyun da digərləri qədər önəmli idi. Çalışdığımız məqsədə nail ola bildik.

- “Zirə” Azərbaycanı avrokuboklarda təmsil edirdi. Ötən mövsüm ölkə çempionatında ikinci pilləni tutub. Bu cür komandanı səfərdə məğlub etmək sizə gələcək üçün stimul və böyük motivasiya verəcək?

Bayaq dediyim kimi, bu, böyük qələbə idi. Amma bu, cəmi 3 xaldır və hələ çox uzun yolumuz var. Bu oyun geridə qaldı. Biz xoşbəxt idik, amma artıq növbəti çağırış haqqında düşünürük.

- “Zirə”nin baş məşqçisi mətbuat konfransında bildirdi ki, “Şamaxı”nın qolkiperini keçə bilmədik, qola imkan vermədi. Həqiqətən də, bu matçda çox yaxşı performans göstərdin. Bu cür yaxşı oyunun nə ilə əlaqədar idi?

Mənim üçün ən vacibi komandanın qələbəsi idi. Kollektiv kimi məqsədlərimiz var. Hamımız onlara nail olmaq üçün çalışırıq. Mən də, həmçinin.

- Hər oyunda bu cür performans göstərəcəyin təqdirdə, mövsümün sonunda “Şamaxı” səni komandada saxlamağa çətinlik çəkəcək. Çünki Premyer Liqada digər klublar səni transfer etmək istəyəcək...

Düzünü deyim, mən bu barədə düşünmürəm. Mən bütün diqqətimi “Şamaxı”ya yönəldirəm və komandaya mümkün qədər yaxşı kömək etməyi bacarmaq istəyirəm. Biz hamımız klub üçün ən yaxşısını verməyə hazırıq.

- “Şamaxı” artıq ilk qələbəsini qazandı. Yəqin artıq hiss edirsiz ki, komanda qalib gələrək, turnir cədvəlində yuxarı pillələrə qalxa bilər?

Bu, ilk qələbə idi və biz bunu əvvəlki iki oyunda da etmək istəyirdik. Məqsədimiz mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün hər oyunda ən yaxşısını verməkdir.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız. “Neftçi”dən gözləntilər yüksəkdir,  amma onlar heç nə edə bilmir. Bu matçda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? Səncə, “Neftçi”ni məğlub edə biləcəksiz?

“⁠Neftçi” əla klubdur, əla oyunçuları var. Bilirəm ki, “Şamaxı”da olan hamı 3 xalı əldə etmək üçün əlindən gələni edəcək. Maksimum çalışsaq, uğura daha yaxın olarıq.

- Maraqlıdır ki, mövsümdə 4 tur geridə qalıb. Amma siz ilk dəfə 5-ci turda evdə oynayacaqsız. Yəqin ki, öz evinizdə, öz azarkeşləriniz qarşısında oynamağı səbirsizliklə gözləyirsiz? Ev stadionunuz süni örtüklü meydançadır. Bunun problemi var?

Bəli, azarkeşlərimiz qarşısında evdə oynamağı səbirsizliklə gözləyirik. Onların sevinməsi üçün əlimizdən gələni etmək istəyirik.

- Azərbaycan çempionatında hansı qapıçını bəyənirsən? Səncə, güclü qapıçılar çoxdur?

Mən bütün oyunları izləyirəm. Şübhəsiz ki, Azərbaycanda keyfiyyətli futbolçular çoxdur. Hamısı əla qapıçılardır (sportal.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC