"Sumqayıt" - "Araz Naxçıvan" qarşılaşmasının biletləri artıq satışdadı

Misli Premyer Liqasının V turu çərçivəsində avqustun 30-da saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Araz Naxçıvan" qarşılaşmasının biletləri artıq satışdadı.

Presssport.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 15:00-20:00 arası, oyun günü isə 14:00-dan etibarən “Mehdi Hüseynzadə”nin kassasından əldə etmək olar.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdı. 

iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC