UEFA "Sumqayıt" klubunu cərimələyib.
Presssport.az xəbər verir ki, buna komandanın evdə Macarıstanın "Fehervar" klubuna uduzduğu Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.
"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.
Avropa futbol qurumu 5 futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun komandasına xəbərdarlıq da edib.
Xatırladaq ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC