Paris-2024-ün medalçısı olan güləşçimiz Dağıstanda da mükafatlandırılıb

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş Maqomedxan Maqomedov doğulduğu Dağıstanda mükafatlandırılıb.

Presssport.az xəbər verir ki, 26 yaşlı sərbəst güləşçinin sözügedən yarışda bürünc mükafat qazanması buna səbəb olub.

Dağıstan Güləş Federasiyasının yaydığı xəbərə görə, Maqomedov 2 milyon rus rublu (bugünkü məzənnə ilə 21 min 845 ABŞ dolları) məbləğində mükafata layiq görülüb.

Xatırladaq ki, daha əvvəl Paris-2024-də medal qazanan Azərbaycan idmançıları Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, mükafatlandırılıb. Sərəncamla 1-ci yeri tutan hər bir idmançıya 400 min, 2-ci yeri tutan hər bir idmançıya 200 min, 3-cü yeri tutan hər bir idmançıya isə 100 min manat mükafat ayrılıb.

Bundan başqa, İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti kimi imzaladığı Sərəncama əsasən isə 1-ci yeri tutan hər bir idmançıya 200 min, 2-ci yeri tutan hər bir idmançıya 100 min, 3-cü yeri tutan hər bir idmançıya isə 50 min manat mükafat verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC