İsayev "Turan Tovuz"un qələbəsini layiqli saydı: "Dinamo"ya qarşı ən yaxşı oyunumuzu sərgiləyəcəyik"

"Turan Tovuz" meydanda bizdən daha yaxşı idi. Ona görə də qələbə qazandılar. Daha çox çalışmalıyıq. Futbolda məğlubiyyətlər də olur. Bu cür hallar bizi daha da güclü edir".

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan Premyer Liqasının IV turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçiriləcək matça ciddi hazırlaşdıqlarını bildirib: “Komandada psixoloji cəhətdən hər şey yaxşıdır. "Dinamo" ilə oyuna çox ciddi hazırlaşmışıq. Ən yaxşı oyunumuzu sərgiləyəcəyik".

29 yaşlı futbolçu mərhələ adlamaq istədiklərini söyləyib: "Əlimizdən gələni edəcəyik. Məqsədimiz qələbə qazanmaq və qrup mərhələsinə vəsiqə qazanmaqdır".

A.İsayev sonda fanatlara səslənib: “Azarkeşlər hər zamankı kimi, yanımızda olsunlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bəzən məğlubiyyətlər də olur. Amma biz istənilən halda irəli gedirik. Hər şey yaxşıdır” (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC