AFFA İntizam Komitəsi “Kəpəz”in analitiki İlkin Verdiyevi cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna onun Misli Premyer Liqasının IV turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi səbəb olub.
İntizam Komitəsi İlkin Verdiyevi 2-si şərti olmaqla 5 oyun cəzalandırıb, klubunu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Xatırladaq ki, qarşılaşma gəncəlilərin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC