Matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdi, 100 manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

24 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);

25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Qarabağ-2” komandası 100 manat cərimə edilir (maddə 91);

25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);

25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 85 nömrəli futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

26 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” komandası 70 manat cərimə edilir (maddə 37);

26 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 51.8).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC