Murad Musayev getdi, yeni məşqçi cəlb olundu

“Köhnə korpusdan Ruslan Qafitullin, Vitali Kovalyov, Volodomir Şeludko hazırda mənimlədi. Həmçinin əvəzedici komandamızdan məşqçi Rəşad Eyubovu cəlb etmişəm”. 

Bu sözləri Presssport.az-a açıqlamasında "Sabah"da baş məşqçi əvəzi olan İqor Ponomaryov deyib.

Klubda idman direktoru olan təcrübəli mütəxəssis rusiyalı Murad Musayevin istefasından sonra komandanın “sükanı arxası”na keçib. Ponomaryov öz məşqçilər korpusunda millimizin və "Sabah"ın sabiq futbolçusu Rəşad Eyubova da yer verməyi lazım olub. Belə ki, o, 32 yaşlı məşqçiyə böyük ümidlər bəsləyir: “Söhbət bundan getmir ki, bu, mənim təşəbbüsümdü. Əsas budu ki, eyni klubda işləyirik. Rəşad gənc, perspektivli məşqçidi. Bizdə müəyyən baxışlar var ki, mənimlə onunku oxşardı. Bu, sırf taktiki plandadı. Buna görə onu əsas komandaya “dartdım” ki, eyni istiqamətdə işləyək. Eyyubovun analitik planda da yaxşı keyfiyyətləri var. Xeyli matça baxaraq təhlil edir, öz üzərində çox işləyir. Yaxşı analiz qabiliyyəti var, həm rəqibi, həm də öz oyununu təhlil edir".

Maraqlıdı, yeni baş məşqçi təyinatından sonra da Eyubov əsas komandada qalacaq? Ponomaryovu dinləyək: “Bunu zaman göstərəcək, indi nəsə demək çətindi”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC