"Şansları bərabər görürəm. "Qarabağ" səfərdə 1:0 hesabı ilə qalib gəlsəydi, yenə eyni düşüncədə olacaqdım".
Presssport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
42 yaşlı mütəxəssis Ağdam təmsilçisinin bu gün Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suyla keçirəcəyi cavab oyununda şanslarını dəyərləndirib: "Vacib olan Xorvatiyadakı oyunu təkrarlamaqdı. "Dinamo" bu gün necə çıxış edəcək? Bundan da çox şey asılıdı. "Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərin komandaya inamı və güvənməsi önəmlidi".
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçının start fiti saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda səsləndiriləcək. Komandaların Zaqrebdəki "Maksimir" stadionunda ilk qarşılaşması meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC