Rəşad Sadıqov Bakıda 0:6-nı unutdurmaq istəyir: "Həm Premyer Liqada 2-ci yer, həm də pley-off məşqçilik karyeramın zirvəsidi"

"Zirə" Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiprin "Omoniya" klubunu qəbul edəcək.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qarşıdakı görüşdən gözləntilərini açıqlayıb. 

- İlk oyunda böyük hesabla məğlub olmuşuq. Oyuna fərqli atmosferdə, ab-havada hazırlaşmaq istəyərdik. Hələ də məyusluğumuz var. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə bizim üçün pozitiv olsun. Qələbə qazanmaq çox vacibdi. Son oyuna qədər avrokuboklarda çıxışımız uğurlu alınırdı. Sabah komandamdan əzmkar, aqressiv, baxımlı oyun gözləyirəm.

- İlk oyundakı böyükhesablı məğlubiyyətin şokunu üzərinizdən ata bilmisiniz?

- 3 gün ərzində 2 məğlubiyyət almışıq. Həmin oyunlardan gözləntilərimiz o deyildi. Amma futbolun gözəlliyi ondadı ki, hər şey sənin gözlədiyin kimi olmur. "Omoniya" ilə matçda buraxdığımız qollara baxanda görürsən ki, bu, biz deyildik. Həmin gün bizim üçün bu mövsümün ən uğursuz oyunu oldu. Ola bilər ki, rəqib bizdən daha yaxşı oynayırdı. Amma görünür ki, həyəcan, erkən buraxılan qolların məyusluğu təsir etdi. Kollektiv olaraq həmin oyunları unutmuşuq, önümüzə baxırıq. Məyusluğun olması normaldı. Tam olaraq sabahkı oyuna köklənirik. Qələbə qazanmaq çox vacibdi. Əlimizdən gələni edəcəyik ki, ilk oyundakı nəticəni unutduraq.

- Sabah möcüzəyə inanırsınız?

- Əsas düşüncəmiz ondan ibarətdir ki, hər top uğrunda mübarizə aparaq. Hər şey bizim üçün uğurlu alınsa, sona qədər mübarizə aparmaq istəyirik.

- Pley-offa yüksəlməyi məşqçilik karyeranızda zirvə hesab edirsiniz?

- Çempionatda 2-ci yer də asan əldə olunmadı. Rəqiblərimizin hansı səviyyədə olduğunu nəzərə almaq lazımdı. Düşünürəm ki, həm Premyer Liqada 2-ci yer, həm də pley-off məşqçilik karyeramın zirvəsidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC