UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.
Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Adidas” şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdi.
Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Belə ki, yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib.
Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdi. Bu texnologiya bir sıra külək tunellərində və meydanlarda da ciddi şəkildə sınaqdan keçirilib, tamamilə yenilənib.
Onu da bildirək ki, toplar ÇL-nin həm kişilər, həm də qadınlar arasında keçiriləcək matçlarda istifadə olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC