"Qarabağ" ÇL-də mübarizəni dayandırdı

Bu gün “Qarabağ” Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" klubuyla qarşılaşıb.

Presssport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. Yeri gəlmişkən, Xorvatiya millisinin üzvü olan sabiq 2Yuventus"li Zaqrebdəki görüşdə də hesabı açmışdı. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində braziliyalı müdafiəçisi Mateus Silva avtoqol müəllifi olub. Son dəqiqələrdə isə digər əcnəbi arxa xətt oyunçumuz - kolumbiyalı Kevin Medina 2-ci sarı vərəqə alaraq meydandan çıxarılıb.

Onu da bildirək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında qrup mərhələsində davam edəcək.

28 avqust 

20:45. “Qarabağ” – “Dinamo” (Zaqreb) - 0:2
Qollar: M.Pyaça, 33, M.Silva, 54-öz qapısına

Qırmızı vərəqə: K.Medina, 88 ("Qarabağ", 2-ci sarı)

Baş hakim: Maykl Oliver
Baş hakimin köməkçiləri: Stuart Burt, Lee Betts
Dördüncü hakim: Kris Kavanagh
VAR hakimləri: Stuart Attvell, Timothi Vid
(Hakimlər briqadası İngiltərədəndir)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin

Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç

Baş məşqçi: Sergey Yakiroviç

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC