"Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə uğurlu nəticə qazandıq" - "Dinamo"nun baş məşqçisi:

Xorvatiyanın "Dinamo" klubu Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Presssport.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan sonra keçirilən mətbuat konfransında fikrilərinə komandasını təbrik etməklə başlayıb: "Rəqibi yaxşı analiz etdikdən sonra, bunun sayəsində yaxşı nəticə göstərə bildik. Müdafiəni yaxşı qurduq, əsasən də sağ cinahı. Ona görə keyfiyyətli oyun göstərdik. Bəzi problemlərin olduğunu da gördük. Lakin ümumilikdə çox ciddi oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik".

Xatırladaq ki, Xorvatiya çempionu evdə 3:0 hesabıyla qələbə qazanmışdı. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC