"Neftçi" heyətinə yeni futbolçu qatıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Belə ki, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbonu transfer edib. "Neftçi" forvardla 2 illik müqavilə bağlayıb. O, komandada “22 nömrə”li formanı geyinəcək.
Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.
Xatırladaq ki, "Neftçi" bunadək Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin Rafal Quzzo və Mustafa Seki sıralarına qatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC