Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Presssport.az xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.
Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).
Birinci və ya ikinci səbət: "Real Sosyedad" (İspaniya).
İkinci səbət: AZ (Alkmaar, Niderland), "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos" (Yunanıstan).
İkinci və ya üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna).
Üçüncü və ya dördüncü səbət: "Midtyulland" (Danimarka), "Malmö" (İsveç), "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Tvente" (Niderland).
“Qarabağ” Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).
Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC