"Kəpəz" baş məşqçisi Adil Şükürov ilə yolları ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyri-qənaətbəxş nəticələrə görə 47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
"Kəpəz" Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Gəncə klubu Misli Premyer Liqasında geridə qalan 4 oyunun hamısında uduzaraq sonuncu yerdə qərarlaşıb. Xatırladaq ki, Şükürov 2023-cü ilin noyabrında "Kəpəz"i çalışdıraraq onu keçən mövsüm Premyer Liqada saxlamışdı. Bu gedişlə cari mövsümdə ilk baş məşqçi istefası reallaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC