"Omoniya”nın futbolçusu Alfa Dionku Konfrans Liqasının pley-off mərhələsinin bu gün Bakıda “Zirə”yə qarşı keçiriləcək cavab oyunu (ilk oyun – 6:0) haqda fikirlərini açıqlayıb.
Presssport.az xəbər verir ki, Nikosiya klubunun legioneri cavab görüşü haqda da iddialı danışıb:
“Düşünürəm ki, ilk oyunda xüsusi bir şey etmədik. Sadəcə, məşqdə etdiklərimizi tətbiq etdik və qalib gəldik. Üstəlik, böyük hesabla öndə olsaq da, cavab görüşündə qalib gəlmək istəyirik. İlk oyundakı kimi oynamalıyıq”.
Xatırladaq ki, “Zirə” – “Omoniya” görüşü “Liv Bona Dea Arena”da saat 20:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC