"Liverpul" "Yuventus"un futbolçusu Federiko Kyezanın transferini rəsmiləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
İtaliya millisinin üzvü olan 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb.
Bunun uzunmüddətli olduğu bildirilib. Lakin sözləşmənin digər detalları hələlik açıqlanmayıb. "Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro olaraq göstərib.
Xatırladaq ki, Kyeza 2022-ci ilin yayından "Yuventus"un futbolçusu idi. O, komandanın heyətində 131 oyun keçirib, 32 qol vurub və 23 məhsuldar ötürmə verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC