"Neftçi" 1 mövsümdə qol hesabını aça bilməyən əcnəbi hücumçunu göndərdi

"Neftçi" legioneri Lukas Melano ilə yollarını ayırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu ilə müqavilə şərtləri qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirərək qol hesabını aça bilmədi. O, PFL-ə yeni mövsüm üçün sifariş olunmamışdı.

Xatırladaq ki, "Neftçi" daha əvvəl Ömər Buludov, Rüfət Abbasov, Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov, İvan Brkiç, Dieqo Valdez və Fərid Yusifli ilə yollarını ayırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC