"Zirə" qalib gəldi, avrokuboklarda mübarizəni dayandırdı

Bu gün "Zirə" Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası evdə Kiprin “Omoniya”sı ilə qarşılaşıb.

Mərdəkandakı görüş təmsilçimizin mininal hesablı qələbəsi ilə bitib. Lakin ümumi hesaba (1:6) görə klubumuz Konfrans Liqasında və bununla da avrokuboklarda mübarizəsini dayandırıb.

Xatırladaq ki, "Zirə" tarixində ilk dəfə pley-off mərhələsində çıxış edirdi.

29 avqust

Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunu

20:00. "Zirə" (Azərbaycan) - "Omoniya" (Kipr) - 1:0 

Qol: R.Utziq, 79

Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)
Bakı. “Dalğa Arena" stadionu

İlk oyun - 0:6
 "Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev, 90. Davit Volkov, 19. Salifu Suma, 23. Rafael Utsiq

Ehtiyat oyunçular: 15. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov

"Omoniya": 40. Fabiano (k), 24. Amin Xammas, 4. Filip Helander, 5. Senu Kulibali, 2. Alfa Dinku, 11. Evandro, 20. Mateo Mariç, 80. Novika Erakoviç, 21. Veliko Simiç, 10. Ömər Atzili, 9. Andronikos Kakulli

Ehtiyat oyunçular: 23. Frankis Uzoho, 98. Karalambos Kriakidis, 7. Villi Semedo, 14. Marius Ştepinski, 17. Yoannis Masuras, 22. Adam Lanq, 31. Yoannis Kosulos, 33. Mateus Musialovski, 74. Panagiotis Andreu, 81. Andreas Nikolao, 85. Anxelos Nofitu, 99. Alium Sayduu

Baş məşqçi: Valdas Dambrauskas

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC