"Omoniya"nın baş məşqçisi: "Bizim üçün yaxşı nəticə olmadı"

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Amma ümumilikdə turnirin qrup mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm”.

Presssport.az xəbər verir ki, bunu Kiprin “Omoniya” klubunun baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə uduzduqları (0:1) Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis qarşılarına qoyulan əsas məqsədə çatdıqlarını vurğulayıb: “Bunun öhdəsindən ilk oyunda gəldik. Bu gün isə ilk hissədə rəqiblər bir-biriniə oynamağa imkan vermədi. Meydanın vəziyyəti də buna təsir etdi”

Xatırladaq ki, Nikosiyada 6 cavabsız qolla qalib gələn "Omoniya" turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC